“Qətər-2022”: Avstraliya millisi dünya çempionatına vəsiqəni təmin edib
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 31-ci ölkə müəyyənləşib.

Mundiala vəsiqə uğrunda Qətərin Əl-Rayyan şəhərində Avstraliya və Peru milliləri qarşılaşıb. Matçın əsas və əlavə vaxt qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasından müəyyənləşib. Burada daha dəqiq olan Avstraliya (5:4) dünya çempionatına vəsiqəni təmin edib.

Qeyd edək ki, “Qətər-2022”nin sonuncu iştirakçısı Kosta-Rika və Yeni Zelandiya yığmaları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.

Xəbər 396 dəfə oxundu.