Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazanıb | |
Üzgüçülük üzrə Azərbaycanın milli komandası “Golden Orlando” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüblər. 11 nəfərlik heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız yarışın birinci günündə 6 qızıl, 5 gümüş və 2 bürünc medala sahib olublar. Beynəlxalq turnirin ikinci günü də milli komandamız üçün uğurlu olub. Belə ki, yarışlara qatılan idmançılarımız medallar uğrunda mübarizədə fərqlənməyi bacarıblar. Üzgüçülərimiz 1 qızıl, 6 gümüş, 6 bürünc olmaqla 13 medal qazanıblar. Beləliklə, milli komandamız Xorvatiyada 10-u qızıl, 10-ü gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 27 mükafat əldə edib. Turnir bitdikdən sonra komandanın bir qrup üzvü Vətənə dönüb və iyunun 17-19-da Bakıda keçiriləcək açıq yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah isə baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Györ şəhərində yerli komanda ilə birgə təlim-məşq toplanışına qatılacaq. Toplaniş bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər. |
|
Xəbər 456 dəfə oxundu. |
|
|