“Tornado-Ş” şirkəti Formula 1 yarışları zamanı mühafizə işini yüksək səviyyədə həyata keçirməklə peşəkarlığını bir daha nümayiş etdirib
“Tornado-Ş” mühafizə şirkəti daha bir mötəbər beynəlxalq tədbirin təhlükəsizliyini yüksək səviyyədə həyata keçirməklə bu sahədə peşəkarlığını növbəti dəfə nümayiş etdirib.

iyunun 10-12-də Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin təhlükəsizlik tədbirləri məhz bu şirkət tərəfindən həyata keçirilib. Futbol üzrə dünya çempionatı və Olimpiya Oyunlarından sonra dünyada ən çox tamaşaçı auditoriyasına malik bu idman yarışına həm də kommersiya baxımından maraq böyük olduğu üçün təhlükəsizlik məsələləri xüsusilə mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan belə mötəbər idman yarışında mühafizə məsələlərinin yüksək səviyyədə təmin olunması böyük məsuliyyət və peşəkarlıq tələb edir. “Tornado-Ş” mühafizə şirkəti Qran-Prinin keçirildiyi Bakı şəhər halqası ərazisində, həm tribunaların, həm də yarış çərçivəsində müxtəlif əyləncə tədbirlərinin təşkil olunduğu məkanlarda mühafizə işinin yüksək səviyyədə təmin ediblər. “Tornado-Ş” şirkətinin yüksək ixtisaslı əməkdaşları

hər il olduğu kimi, bu yarış müddətində də işə peşəkar münasibətləri ilə fərqləniblər.

Qeyd edək ki, “Tornado-Ş” mühafizə şirkəti 2004-cü ildə təsis olunub. Şirkət fəaliyyət göstərdiyi müddətdə irimiqyaslı tədbirlərin və biznes obyektlərinin mühafizəsi sahəsində lider mövqeyə yüksəlib. “Tornado-Ş” şirkətinin mühafizə işlərini həyata keçirdiyi mühüm tədbirlər arasında “Bakı-2015” I Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da var. Şirkətin xidmətlərindən yararlanmaq istəyənlər aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər: 012 566-01-40, info@tornado.az.

Xəbər 513 dəfə oxundu.