Esteban Okon: Biz Bakını yaxşı əhval-ruhiyyə ilə tərk edirik
“Alpine” komandasının pilotları Fernando Alonso və Esteban Okon hər ikisinin xal qazandıqları Azərbaycan Qran-Prisindən aldıqları təəssüratlarla bölüşüblər.

istər ispan, istərsə də fransız pilot əldə olunan xalların çox böyük sayı ilə fəxr edə bilməzlər. Amma hər halada, onların hər biri start götürdükləri ilə müqayisədə daha yuxarı nəticə ilə finiş edib: Startda 12-ci mövqedə olann Esteban 10-cu yeri tutub, Fernando isə Bakıda yürüşü 10-cu başlayaraq 7-ci başa vurub.

“Bu yürüş çətin idi, belə ki, ikiqat xal qazanılan finiş – çox pozitiv nəticədir. Biz Bakını yaxşı əhval-ruhiyyə ilə tərk edirik və Kanadada növbəti mərhələni səbirsizliklə gözləyirik”, - deyə Okon bildirib.

Öz növbəsində, Alonso deyib: “Yürüş çətin idi, lakin biz onun öhdəsindən yaxşı gəldik. Mən 7-ci yerdən razıyam. Biz indi çox sıx qrupdayıq və Kanadada mübarizənin davamını gözləyirik”.

Xəbər 430 dəfə oxundu.