Yens Lemann yenidən yığmanın şərəfini qorumaq niyyətindədir
Almaniya milli komandasının sabiq qapıçısı Yens Lemann yenidən yığmanın şərəfini qorumaq niyyətindədir. Əfsanəvi qolkiper 2016-cı ildə keçiriləcək Paraliompiadaya qatılmaq arzusuna düşüb. Futbol veteranının yarışda iştirakına qaydalar da imkan verir. Belə ki, Paralimpiadanın futbol turnirində görmə qabiliyyətində qüsur olanlar çıxış edə bilər. Lakin sağlam insanlar da gözlərini xüsusi qara sarğı bağlayıb Paralimpiadaad futbol oynaya bilər. Elə Lemann da bundan yararlanacaq.

Qeyd edək ki, Almaniya yığmasında 60 oyun keçirən Lemann ötən il karyerasını bitirib.

Xəbər 840 dəfə oxundu.