Millimizin sabiq futbolçusu “Kəpəz” klubu ilə müqavilə imzalayıb
Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə özünə yeni komanda tapıb.

“Kəpəz” klubu müdafiəçi ilə birillik müqavilə imzalayıb.

İyirmi doqquz yaşlı müdafiəçi karyerası ərzində “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) klublarında oynayıb.

Xəbər 484 dəfə oxundu.