Erlinq Holann “Mançester Siti” klubu ilə müqavilə bağlayıb
Almaniyanın “Borussiya” (Dortmund) komandasının sabiq futbolçusu Erlinq Holann İngiltərənin “Mançester Siti” klubu ilə müqavilə bağlayıb.

22 yaşlı hücumçu kollektivə iyulun 1-dən qoşulacaq. Onun müqaviləsi 2017-ci ilin yayınadək qüvvədə olacaq.

İstedadlı forvard Dortmund “Borussiya”sının formasını 2020-ci ilin yanvarından geyinib. Bu müddətdə o, 89 qarşılaşmada 86 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

Xəbər 359 dəfə oxundu.