Sumqayıtda gənclər təşkilatları arasında keçirilən şəhər turnirinə yekun vurulub
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Nəsimi adına Mədəniyyət və İstirahət parkının idman sağlamlıq mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş gənclər təşkilatları arasında voleybol üzrə şəhər turniri keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt “Asan xidmət” Mərkəzinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 27 nömrəli tam orta məktəbin və Baş İdarənin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunublar.

Xəbər 351 dəfə oxundu.