“Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib
İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer Liqa təmsilçisi Portuqaliyanın “Benfika” komandasından Darvin Nunesi transfer edib. Bu barədə “Benfika”nın mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu isə hələ transferi açıqlamağa tələsmir.

“Liverpul” bu transferə görə “Benfika”ya 75 milyon avro ödəyib. Amma bonuslarla bu məbləğ 100 milyon avroya yüksələ bilər.

Xəbər 386 dəfə oxundu.