Karateçimiz A Seriya turnirində gümüş medal qazanıb
Azərbaycan təmsilçisi Murad Hacızadə (+84 kq) Misirin paytaxtı Qahirədə keçirilən Karate1 A Seriya turnirinin gümüş medalını qazanıb.

Finaladək 5 görüşdə Misir, Niderland və Xorvatiyadan olan rəqiblərinə xal vermədən irəliləyən idmançımız yerli karateçi ilə həlledici görüşdə qələbəni əldən verib. Digər idmançılarımız Samir İbrahimov və Məcid Əmirov (hər ikisi -75 kq) turniri medalsız başa vurublar.

Nüfuzlu yarışda 70 ölkədən 862 karateçi iştirak edib. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olublar.

Xəbər 420 dəfə oxundu.