İdman gimnastlarımız Xorvatiyadan 2 medallı qayıdırlar
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı keçirilib.

Yarışda ölkəmizi kişilər arasında yığma komandamızın üzvləri İvan Tixonov, Nikita Simonov və Mənsum Səfərov təmsil ediblər.

İdmançılarımızdan İvan Tixonov paralel qollarda bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nikita Simonov isə halqa ilə hərəkətlərdə uğurla çıxış edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xəbər 329 dəfə oxundu.