“Sabah” klubu Gürcüstan millisinin üzvü ilə ikiillik müqavilə imzalayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi Gürcüstan millisinin üzvü Davit Volkovla ikiillik müqavilə bağlayıb.

İyirmi yeddi yaşlı hücumçu karyerası ərzində Gürcüstanın “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Saburtalo”, Serbiyanın “Zemun”, Azərbaycanın “Qəbələ” və “Zirə” klublarında çıxış edib.

Qeyd edək ki, futbolçu “Sabah”da 18 nömrəli formada çıxış edəcək.

Xəbər 416 dəfə oxundu.