Paraüzgüçümüz dünya çempionatında gümüş medal qazanıb
Paraüzgüçülük üzrə Azərbaycan yığmasının üzvü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

28 yaşlı idmançı 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışında 1 dəqiqəlik nəticə göstərərək finişə ikinci çatıb.

Xatırladaq ki, R.Saley “Tokio-2020” Yay Paralimpiya Oyunlarının üçqat qalibidir.

Xəbər 324 dəfə oxundu.