Masallıda “Qurtuluş” yürüşü keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Masallıda “Qurtuluş” yürüşü keçirilib.

1000-dən çox iştirakçı Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı Qəhrəmanlar parkından start götürərək İntiqam Əsgərli küçəsi, Bakı və Heydər Əliyev prospektləri, Dadva və Qarabağ küçələri marşrutu üzrə yürüşə başlayıb və sonda təyin olunan finiş xəttinə yaxınlaşıblar.

Tədbirin sonunda, yürüşdə fərqlənən iştirakçılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif ediliblər.

Xəbər 387 dəfə oxundu.