Bəxtiyar Soltanov: Bundan sonra da hər şeyin ən yaxşısını edəcəyik ki, bayrağımızı yüksəklərə qaldıraq
Turnirin ən yaxşı oyunçusu olacağımı gözləmirdim. Həm çempionatın qalibi olmaq, həm də turnirin ən yaxşı oyunçusu seçilmək mənə ikiqat sevinc verir.

Bunu jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının oyunçusu Bəxtiyar Soltanov söyləyib.

“Finaldakı rəqib altıqat Avropa çempionu idi. Lakin oyunun məsuliyyətini hiss edirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün oyunçularımız qalib olmaq üçün çox əziyyət çəkdilər. Qarşıda da yarışlarımız olacaq. Bundan sonra da hər şeyin ən yaxşısını edəcəyik ki, bayrağımızı yüksəklərə qaldıraq”, - deyə B.Soltanov qeyd edib.

Xəbər 479 dəfə oxundu.