Ramil Həsənzadə: Avropa çempionatındakı qələbəni xalqımıza həsr edirik
Keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir. Avropa çempionatındakı qələbəni xalqımıza həsr edirik.

Bu sözləri jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının kapitanı Ramil Həsənzadə deyib.

İlk maçdan oyunların çətin olduğunu bildirən milli komandamızın kapitanı deyib: “Avropa çempionatında qalib gəlmək o qədər də asan deyil. Birinci oyundan sonuncu oyunadək maçlar çox çətin oldu. Buna baxmayaraq, biz bütün rəqiblərimizə qalib gəlməyi bacardıq. Bizə hər zaman dəstək göstərdiyi üçün xalqımıza təşəkkür edirik”.

Xəbər 409 dəfə oxundu.