UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib | |
UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü tura start verilib. A, B, C və D Liqalarında ümumilikdə doqquz qarşılaşma baş tutub. A Liqasının ikinci qrupunda İspaniya Çexiyanı qəbul edib. İspaniya yığması 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda İsveçrə Portuqaliyanı 1:0 hesabı ilə məğlub edib. B Liqasının dördüncü qrupunda Norveç İsveçlə oyunda 3:2 hesabı ilə qalib gəlib. Sloveniya və Serbiya yığmalarının oyunu isə 2:2 hesablı bərabərliklə yekunlaşıb. C Liqasının ikinci qrupunda Şimali İrlandiya və Kipr komandalarının görüşü 2-2 hesablı heç-heçə ilə bitib. Yunanıstan isə Kosovonu 2:0 hesabı ilə məğlub edib. Liqanın dördüncü qrupunda Gürcüstan Bolqarıstanı qəbul edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Şimali Makedoniya isə Cəbəllütariqi 4:0 hesabı ilə məğlub edib. Nəhayət, D Liqasının ikinci qrupunda Malta San Marinoya 1:0 hesabı ilə qalib gəlib. UEFA Millətlər Liqası A Liqası, 2-ci qrup İsveçrə-Portuqaliya - 1:0 İspaniya-Çexiya - 2:0 B Liqası, 4-cü qrup Norveç-İsveç - 3:2 Sloveniya-Serbiya - 2:2 C Liqası 2-ci qrup Şimali İrlandiya-Kipr - 2:2 Yunanıstan-Kosovo - 2:0 4-cü qrup Şimali Makedoniya-Cəbəllütariq - 4:0 Gürcüstan-Bolqarıstan - 0:0 D Liqası 2-ci qrup Malta-San Marino - 1:0. |
|
Xəbər 482 dəfə oxundu. |
|
|