“Williams”ın pilotu Nikolas Latifi Formula 1 Azərbaycan Qran-Prisinin stüardları tərəfindən cəzalandırılıb
“Williams” komandasının pilotu Nikolas Latifi Formula 1 Azərbaycan Qran-Prisinin stüardları tərəfindən cəzalandırılıb.

Buna səbəb 27 yaşlı pilotun yarış qaydalarını pozması olub. Belə ki, kanadalı pilot dəfələrlə göy bayraq siqnalına əhəmiyyət verməyib, həmçinin döngələrdə sürücülərin onu ötməsinə mane olub.

Əvvəlcə yarışın stüardları pilota 5 saniyəlik cərimə versələr də, daha sonra N.Latifini 1 cərimə xalı ilə cəzalandırıblar.

Hazırda N.Latifinin hesabında cari mövsüm 4 cərimə xalı var.

Xəbər 504 dəfə oxundu.