Norveç - Azərbaycan futbol oyununu Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 14-də, saat 20:00-da Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Yarışı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Luka Bilbiya olacaq. Ona Goran Dujak, Amer Maciç kömək edəcəklər.

Dördüncü hakim vəzifəsini isə Antoni Bandiç yerinə yetirəcək.

Xəbər 344 dəfə oxundu.