Əfsanəvı qanalı futbolçu Maykl Essyen “Sabah” futbol klubunun akademiyasının qonağı olub
Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah” futbol klubunun akademiyasının qonağı olub.

Ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək azyaşlı futbolçulara sürpriz edib.

Görüşdə Maykl Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün məsləhətlərini verib.

Sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib.

Yarışın qalibi olan akademiyanın iki futbolçusuna Maykl Essyenin imzalı forması hədiyyə olunub.

Xəbər 414 dəfə oxundu.