Devid Bekhem klub prezidenti ola bilər
Karyerasını ABŞ-ın “Los Anceles Qalaksi” klubunda davam etdirən Devid Bekhem klub prezidenti ola bilər. Bu barədə “Los Anceles Times” qəzeti xəbər yayıb.
Qəzetin iddiasına görə, “Mançester Yunayted” və “Real”ın sabiq üzvü İspaniyanın “Malaqa” klubunun prezidentliyinə namizəddi. İddia olunur ki, “Malaqa”nın hazırkı prezidenti Abdullah ben Nasser Al Tanini klub səhmlərinin 75 faizini ingilis ulduza satacaq. Bu plana 2001-2003-cü illərdə “Los Anceles Qalaksi”nin prezidenti olmuş Aleksi Lalasın da daxil olacağı bildirilir.

Xəbər 1100 dəfə oxundu.