Formula 2: "Prema Racing" komandasının pilotu Dennis Hauger mübarizəni dayandırıb
Bakıda keçirilən Formula 2-nin sprint yarışında qəza baş verib.

"Prema Racing"dən Dennis Hauger sprint yarışında 14-cü dövrədə qoruyucu səddə çırpılıb.

Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.

Xəbər 360 dəfə oxundu.