Bakı şəhər çempionatının sonuncu yarış gününün görüşləri keçirilir
İyirmi üç yaşadək qadın və kişi cüdoçular arasında Bakı şəhər çempionatının sonuncu yarış gününün görüşləri keçirilir.

Bu gün kişilər arasında 66 kq (76 nəfər), 81 kq (26 nəfər), 100 kq (10 nəfər), qadınlar arasında isə 52 kq (6 nəfər), 63 kq (6 nəfər), 70 kq (5 nəfər) çəki dərəcələrində görüşlər olacaq.

Çempionatda paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 369 (339 kişi, 30 qadın) idmançı gücünü sınayır.

Yarışın qalibləri iyulun 12-14-də keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaqlar.

Xəbər 376 dəfə oxundu.