Qətərli azarkeş: Bakı şəhər halqasındakı Formula 1 yarışları möhtəşəmdir
Bakıda 2019-cu ildə keçirilən UEFA Avropa Liqasının finalı zamanı olmuşam. Həm futbolu, həm də Formula 1 yarışlarını sevirəm. Bakıda UEFA Avropa Liqasının finalı yüksək səviyyədə keçirildi və azarkeşlər də bu yarışdan zövq aldılar. Bakı şəhər halqasındakı Formula 1 yarışları da möhtəşəmdir.

Formula 1 yarışlarını izləməyə gəlmiş qətərli azarkeş Dani Əl-Tani deyib. O qeyd edib ki, Formula 1 yarışları hər ölkədə fərqli keçirilir: “Azərbaycanda təşkil edilən yarışlar özünəməxsusluğu ilə diqqəti cəlb edir. Buradakı ab-hava, gözəllik, insanların mehribançılığı da əhval-ruhiyyəni yüksəltdiyi üçün sevdiyin yarışdan maksimum zövq ala bilirsən”.

Xəbər 309 dəfə oxundu.