Formula 1-in ingiltərəli azarkeşi: Bakı təsəvvür etdiyimdən də gözəldir
Formula 1 azarkeşiyəm və bu yarışın keçirildiyi ölkələrə səfər edirəm. Azərbaycan haqqında eşitmişdim və fürsətdən istifadə edib ölkənizdə olmaq istəyirdim. Bakı təsəvvür etdiyimdən də gözəldir.

Formula 1 yarışlarını izləməyə gəlmiş ingiltərəli azarkeş Rebeka Deyvis bildirib. O qeyd edib ki, Azərbaycana yenidən gəlməyi düşünür: “Səhər tezdən Xəzərin sahillərində gəzişmək özgə aləmdir. İnsanlar çox mehriban və gülərüz olduqlarından onlarla münasibət insana zövq verir. Nə isə lazımsa, həmin an kömək edir, qayğına qalırlar. Bu, çox gözəldir. Azərbaycana yenidən gəlməyi düşünürəm. Artıq burada dostlar da tapmışam. Yəqin ki, növbəti dəfə regionlarda olacağam”.

Xəbər 485 dəfə oxundu.