UEFA Millətlər Liqası: Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşır
Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirir.

Millimiz qrup mərhələsinin üçüncü turunda Slovakiya yığmasını qəbul edir. “Dalğa Arena”da oynanılan qarşılaşmanı litvalı baş hakim Donatas Rumsas idarə edir.

Azərbaycan komandasının start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Huseynov, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Eddi İsrafilov, Riçard Almeyda, Renat Dadaşov və Ramil Şeydayev yer alıblar.

Slovakiya yığmasında isə meydana Marek Rodak, Peter Pekarik, Vernon de Marko, Martin Valyent, Lübomir Şatka, Tomaş Suslov, Patrik Qoroşovski, Lukaş Qaraslin, Stanislav Lobotka,

David Strelets və Albert Rusnak çıxıblar.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub, sonra isə Serbiyada Belarusla qolsuz heç-heçə edib.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq. Həmin oyun saat 22:45-də başlayacaq.

Hazırda Qazaxıstan 6 xalla C Liqasının üçüncü qrupunda liderdir. Slovakiya 3 xalla ikinci, hərəyə 1 xalı olan Belarus və Azərbaycan üçüncü, dördüncü yerləri bolüşürlər.

Xəbər 386 dəfə oxundu.