Həndbol üzrə Azərbaycan millisinin baş məşqçisi: Daha çox çalışmaqla istəyimizə çata bilərik
Daha çox çalışmaqla istəyimizə çata bilərik.
Bunu avqustda keçiriləcək İslamiadaya qələbə ardınca yollanacaq komandanın baş məşqçisi Slavisa Ristiçeviç Azərbaycan Həndbol Federasiyasına açıqlamasında deyib. O, hazırlıq prosesindən razı olduğunu bildirib.

“Mayın 16-dan təlim-məşq toplanışındayıq. Artıq bir araya yaxındır ki, hazırlığa start vermişik. Həndbolçuların əhval-ruhiyyəsi yüksək səviyyədədir. İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bizim üçün bu oyunlar çox vacibdir. Nəinki, bu, ümumiyyətlə bütün yarışlarda uğur qazanmaq niyyətindəyik. Qarşıda iki ay vaxtımız var. Məncə daha çox çalışmaqla istəyimizə çata bilərik. Burada olduğumdan çox məmnunam. İşlər qaydasında gedir”, - deyə Slavisa Ristiçeviç qeyd edib.

Xəbər 407 dəfə oxundu.