Nəsimi rayonunda keçirilən futbol üzrə “Coca-Cola məktəbli kuboku”na yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku”nun Nəsimi rayonu üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında Bakı Türk Anadolu liseyinin komandası ilə 5 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 8:3 hesabı ilə məğlub edən 5 nömrəli tam orta məktəbin komandası rayon üzrə turnirin qalibi olub.

Xəbər 242 dəfə oxundu.