Şəhid ailələri və qazilərimiz Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının fəxri qonaqlarıdır
Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran-Prisi ikiillik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

İyunun 10-12-də keçirilən möhtəşəm Bakı yarışının tamaşaçıları arasında İkinci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz dəvət olunub. Fəxri qonaqlar Azərbaycan Qran-Prisinin həyəcanını üç gün izləyə biləcək.

Qırx dörd günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı Halqası azarkeşləri sırasında görmək qürurvericidir.

Xəbər 483 dəfə oxundu.