Azərbaycan – Belarus futbol oyununun hakimləri açıqlanıb
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində iyunun 13-də saat 20:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belarus oyununun hakimləri açıqlanıb.

Qarşılaşma Yunanıstandan olan hakimlər briqadasına tapşırılıb. Yarışın baş hakimi Anastasios Papapetrou olacaq. Ona Tryfon Petropoulos və İordanis Aptosoglou kömək edəcəklər. Dördüncü hakim vəzifəsini Georgios Tzovaras yerinə yetirəcək.

Matçın VAR hakimi Aristotelis Diamantopoulos, köməkçi hakimi isə Konstantinos Psarris olacaq.

Xəbər 342 dəfə oxundu.