On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Qazaxıstan yığmasını məğlub edib
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq oyununu keçirib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin hər iki qolunu 57-ci və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub.

Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xəbər 251 dəfə oxundu.