Formula 2: növbəti qəza baş verib
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışında növbəti qəza baş verib.

“Campos Racing” komandasının üzvü Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. İyirmi beş yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Problem aradan qaldırıldıqdan sonar yürüş davam etdirilir.

Qeyd edək ki, ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

Xəbər 380 dəfə oxundu.