Formula 2: “MP Motorsport” komandasında çıxış edən Klement Novalak qəza törədib | |
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşdə qəza baş verib. “MP Motorsport” komandasının pilotu Klement Novalakın bolidi təhlükəsizlik blokuna çıprılıb. Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir. Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib. Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq. |
|
Xəbər 375 dəfə oxundu. |
|
|