Formula-1: Bakıda xüsusi rəngə boyanmış “Alfa Romeo” maşınları olacaq
Bakıda “Alfa Romeo F1 Team” maşınları bir qədər qeyri-adi rəngə boyanmış olacaq. Bu rəng İtaliya şirkətinin yeni modeli olan yığcam "Tonale” krossoverə həsr edilib.

Belə avtomobillər bu həftəsonu Avropa avtosalonlarının şou-rumlarında ilk dəfə peyda olacaq. Bu hadisənin şərəfinə C42 maşınları İtaliya bayrağının rənglərində boyanıb.

“Tonale” həm “Alfa Romeo”nun son altı ildə yaradılmış ilk model, həm də şirkətin hibrid güc qurğusu ilə təchiz edilmiş ilk krossoveridir.

Valtteri Bottasın və Quanyuy Çjounun maşınlarının yeni tərtibatı "Alfa Romeo”nun “Centro Stile” dizayner bölməsində yaradılıb. Komandanın pilotları bu həftəsonu mükafata layiq onluqda yer tutmaq uğrunda mübarizə aparmaq niyyıtindədirlər.

Formula-1 Azərbaycan Qran-Prisi yarışları iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.

Xəbər 401 dəfə oxundu.