Şağanda keçirilən güləş üzrə U-15 Azərbaycan çempionatın üçüncü günündə beş çəkidə qaliblər müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatı davam edir.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə beş çəkidə qaliblər müəyyənləşib.

Medal qazananlar Əli Sucayev (38 kq, Sumqayıt-Təhsil), Əmrah Əmrahov (44 kq, Masallı), Ayxan Cavadov (52 kq, Abşeron), Cavad Məmmədov (62 kq, UGİM-9), Orxan Hacıyev (75 kq. Spartak-Lənkəran) olublar.

Qeyd edək ki, iyunun 10-da son beş çəkidə qaliblərin adına aydınlıq gələcək.

Xəbər 571 dəfə oxundu.