Formula 1 Azərbaycan Qran-Prisi Yaponiya KİV-in diqqət mərkəzindədir
Yaponiyanın nüfuzlu idman portalları Bakının ev sahibliyi etdiyi Formula 1 yarışlarının işıqlandırılmasına geniş yer verib. Bir sıra telekanallar yarışları birbaşa yayımlamağı nəzərdə tutur.

Yaponiyanın nüfuzlu internet portallarında dərc edilmiş məqalələrdə Azərbaycanın bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirdiyi xüsusi vurğulanır.

Məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula 1 yarışını altıncı dəfədir qəbul edir və yarışlar iyunun 10-dan 12-dək Bakı Şəhər Halqasında keçiriləcək.

Məqalə və reportajlarda idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur. KİV-də Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə məlumatlar da əksini tapır.

Məqalələrlə burdan tanış olmaq mümkündür: https://formula1-data.com/, https://www.as-web.jp, https://www.sports-his.com, www.topnews.jp, https://www.sportingnews.com/

Xəbər 239 dəfə oxundu.