Badmintonçularımız beynəlxalq turnirdə növbəti mərhələyə yüksəliblər
Badminton üzrə milli komandamızın üzvləri Litvanın Panevejis şəhərində keçirilən “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirində iştirak edir.

Yarışın ilk günündə kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində Aqil Qəbilov, Rəvan Niftəliyev və Cahid Əlhəsənov ilk görüşdə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Məhəmməd Khadafi və Diki Dvi Pangestu isə ardıcıl iki görüşdə, rəqiblərinə set vermədən qələbə qazanmağı bacarıb. M. Khadafi ilk görüşündə Litva, ardınca isə Norveç təmsilçilərini məğlub edib.

Diki isə Uels və Sinqapur idmançılarını mübarizədən kənarlaşdırıb. M.Khadafi sabah isveçli, Diki isə indoneziyalı badmintonçu ilə qarşılaşacaq.

Qadın badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində Era Maftuha ilk görüşündə ukraynalı rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, ikinci qarşılaşmada indoneziyalı rəqibinə 0:2 hesabı ilə uduzub.

Xəbər 407 dəfə oxundu.