Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib
Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala yüksəlib.

Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Millimiz növbəti mərhələdə Qazaxıstan komandası ilə qarşılaşacaq.

Xəbər 336 dəfə oxundu.