“Bakı” voleybol komandası açıq turnirin qalibi olub | |
2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb. 4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib. Görüşlərdən 9 xal toplayan “Bakı” yığması qalib adını qazanıb. “Cəlilabad” 6 xalla ikinci, “Masallı” 3 xalla üçüncü yerləri tutublar. Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib. |
|
Xəbər 401 dəfə oxundu. |
|
|