Yeniyetmələrdən ibarət cüdo millimiz Avropa çempionatına hazırlaşır
Yeniyetmələrdən ibarət cüdo millimiz təlim-məşq toplanışına başlayıb.

Komandamız 32 nəfərlik heyətlə “Judo Club 2012”nin baş məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında hazırlıq keçir.

Təlim-məşq toplanışının təşkilində məqsəd iyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında yüksək nəticə əldə etməkdir.

Qeyd edək ki, idmançıların hazırlığı iyunun 17-dək qədər davam edəcək.

Xəbər 385 dəfə oxundu.