Toto Volff: Bakıda tez-tez maraqlı və cəlbedici yürüşlər keçirilir
Biz qırmızı bayraqlarla bol olan, təxirə salınan start və dəyişkən hava ilə yadda qalan gərgin Monako uik-endindən dincələndən sonra Bakıya yola düşürük. Komanda yaxşı xal qazandı, lakin nəticələr daha yüksək ola bilərdi. Mübarizəni davam etdirmək üçün hər hansı fürsətdən maksimum dərəcədə istifadə etmək lazımdır.

Bu barədə Formula 1 çempionatının “Mercedes” komandasının rəhbəri Toto Volff bildirib. O qeyd edib ki, Barselonada olduğu kimi Monakoda da trasın asta döngələri W-13 üçün ciddi sınağa çevrilərək, bizə çox mühüm dərs verdi. Növbədə daha bir şəhər trası Bakıdadır, buna görə də komanda hansı sahələrdə sürəti artıra biləcəyimizi müəyyən etməkdən ötrü əvvəlki iki yürüşdə toplanan məlumatların təhlili üzərində səylə çalışdı.

Bakıda tez-tez maraqlı və cəlbedici yürüşlər keçirilir, trasın quruluşu isə mübarizə aparmaq üçün imkanları təmin edir. Görək, bu həftəsonu tras öz nüfuzunu doğruldacaqmı?”

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan mərhələsi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.

Xəbər 397 dəfə oxundu.