İdman jurnalistləri üçün treninq təşkil olunub
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə idman jurnalistləri üçün treninq təşkil olunub.

“Müasir jurnalistikanın çətinlikləri ilə necə üzləşməli və onların öhdəsindən necə gəlməli?” mövzusunda seminar Roma E-Campus Universitetinin Xəbərlər və ünsiyyət şöbəsinin professoru, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının təcrübəli mentorlarından biri olan Rikardo Romani tərəfindən aparılıb.

Treninqə ölkəmizin 20-dən çox idman jurnalisti və ADBTİA-nın İdman jurnalistikası magistr proqramının tələbələri cəlb olunublar.

İyunun 8-də seminara yekun vurulub. Gənclər və idman naziri Fərid Qayıbov seminarın sonuncu günündə qonaq olub, R.Romani, eləcə də idman jurnalistləri ilə söhbət edib.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.

Xəbər 422 dəfə oxundu.