Azərbaycan Qran-Prisi haqqında maraqlı paylaşım: ordenli Hemilton və papaqlı Fettel
Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində “Setanta Sports” telekanalı sosial şəbəkələrdə çox maraqlı bir poster paylaşıb.

Həmin paylaşımda Bakının İçərişəhəri fonunda üç Formula 1 çempionu təsvir edilib və onların hər biri asanlıqla tanınan azərbaycanlı obrazındadır: Fernando Alonsonun əlində qayka açarı, Sebastian Fettelin başında papaq, Lyuis Hemiltonun əynindəki pencəyin döşündə 7 orden. Bu mənzərəni nərd oyunu tamamlayır.

Bu il Bakıda tarixdə altıncı dəfə Formula 1 mərhələsi keçiriləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-dan 12-dək Bakıda təşkil olunacaq.

Xəbər 436 dəfə oxundu.