“Turan Tovuz” albaniyalı futbolçu ilə maraqlanır
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” futbol klubu ilk legioner transferini reallaşdıra bilər.

Eyalət klubu albaniyalı futbolçu Edon Hasani ilə maraqlanır.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son olaraq ölkəsində “Partizani” klubunda çıxış edib. O, Albaniyanın müxtəlif yaş qruplarından ibarət millilərində oynayıb. E.Hasani İranın “Sepahan” və Türkiyənin “Keçiörəngücü” klublarında legioner həyatı yaşayıb.

Xəbər 440 dəfə oxundu.