“Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürmək istəyir
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi İsmayıl İbrahimli növbəti mövsümü başqa komandada keçirə bilər.

“Zirə” klubu futbolçunu heyətinə qatmaq istəyir. Qəsəbə təmsilçisi İ.İbrahimlini birillik icarəyə götürməyi planlaşdırır.

“Qarabağ” futbolçunun daha çox oynayıb təcrübə toplaması üçün bu təkliflə razılaşa bilər.

Xəbər 412 dəfə oxundu.