Qərb regionu üzrə “Coca-Cola məktəbli kuboku” yarışının qalibi məlum olub
AFFA-nın təşkil etdiyi futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışının Qərb regionu üzrə final mərhələsinin oyunları keçirilib.

Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən pley-off oyunlarında rəqiblərini məğlub edən Tovuz rayonunu təmsil edən Yusif Sadıqov adına Bozalqanlı tam orta məktəbin komandası Qərb regionu üzrə “Coca-Cola məktəbli kuboku”nun qalibi olub və növbəti mərhələyə vəsiqə qazanıb.

Xəbər 364 dəfə oxundu.