Təmsilçimiz Eltac Səfərli İtaliyada şahmat festivalında mübarizə aparır
İtaliyanın Kattolika şəhərində şahmat festivalı keçirilir.

Azərbaycan şahmatçısı Eltac Səfərli 4 turun nəticəsinə görə 3,5 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə 4 xalla Levan Pantsulaia (Gürcüstan) başçılıq edir.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Xəbər 287 dəfə oxundu.