Azərbaycan üzgüçüləri Xorvatiyada “Golden Orlando” adlı beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın üzgüçülük üzrə milli komandası iyunun 9-13-də “Golden Orlando” adlı beynəlxalq turnirdə iştirak etmək üçün 11 nəfərlik heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşüb.

Yarış ölkəmizi Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək millinin üzvləri üçün kvalifikasiya vaxtlarını təsdiq etmək baxımından çox önəmlidir. “Golden Orlando” beynəlxalq turnirinə dünyanın bir çox ölkələrindən müxtəlif yaş kateqoriyalarında idmançılar qatılacaq və Beynəlxalq Üzgüçülük Federasiyasının bayrağı altında keçiriləcək.

Turnir bitdikdən sonra komandanın bir qrup üzvü Vətənə dönəcək və iyunun 17-19-da Bakıda keçiriləcək açıq yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah baş məşqçi Rəşad Əbdürrəhmanov Macarıstanın Györ şəhərində yerli yığma ilə birgə təlim-məşq toplanışına qatılacaq.

Toplaniş bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-23-də Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcək.

Xəbər 493 dəfə oxundu.