İyirmi bir yaşadək futbolçulardan ibarət millimiz Finlandiya komandası ilə qarşılaşıb
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Səfərdə Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:3 hesabı ilə məğlub olub.

U-21 qrup mərhələsində sonuncu oyununu iyunun 14-də səfərdə Norveç komandasına qarşı keçirəcək.

Xəbər 336 dəfə oxundu.