Formula 1 pilotu: Bakı şəhər halqasının azarkeşiyəm
Bakıdakı trekin böyük azarkeşiyəm. Çünki bu trekin bir sıra maraqlı cəhətləri və üstünlükləri var. Belə ki, birinci döngədə daim maraqlı mübarizə gedir. Bu dövrədə müxtəlif strateji variantlar tətbiq olunur. Yarışda trekin düz hissəsi pilotlara ötmə imkanı versə də, başlanğıcdakı mövqe də çox vacibdir.

Bunu Formula 1 üzrə dünya çempionatında mübarizə aparan “McLaren” komandasının pilotu Daniel Rikkardo komandasının rəsmi saytına açıqlamasında Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.

Pilot qeyd edib ki, şəhər yollarında gözlənilməz hallarla rastlaşmaq mümkündür. Amma buna baxmayaraq, istənilən imkanlardan istifadə etməyə hazırıq. Monako Qran-Prisi istədiyim kimi keçməsə də, əminəm ki, qarşıdakı həftəsonundan – Bakı yarışından maksimum yararlana biləcəyik.

Xəbər 353 dəfə oxundu.